“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən, xaricdə təhsil almış) işə qəbulunu elan edib.
Qurumdan "Unikal"a verilən məlumata görə, TƏBİB-in tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislərdən anket formasını https://bit.ly/3JAIFcx dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunub.
Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, anketin müvafiq bölməsində qeyd etməlidir.
1. Ailə həkimi-pediatr – Cəlilabad Rayon Mərkəzi Xəstəxanası (RMX);
2. Ailə həkimi-terapevt – Cəlilabad RMX;
3. Həkim-allerqoloq – Şəki RMX;
4. Həkim-anestezioloq-reanimatoloq – Quba RMX, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (ŞMX), Gəncə Şəhər Birləşmiş Xəstəxanası (ŞBX), Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
5. Həkim-dermatoveneroloq – Gəncə BŞX, Göyçay RMX, Cəlilabad RMX;
6. Həkim-endokrinoloq – Gəncə ŞBX, Cəlilabad RMX;
7. Həkim-fizioterapevt – Şamaxı RMX, Göyçay RMX, Lənkəran RMX;
8. Həkim-ftiziatr – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Şəki RMX;
9. Həkim-hematoloq – Lənkəran RMX, Şəki RMX;
10. Həkim-infeksionist – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
11. Həkim-kardioloq – Şəki RMX, Mingəçevir ŞMX, Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Lənkəran RMX;
12. Həkim-mama-ginekoloq – Şəmkir RMX, Quba RMX, Gəncə ŞBX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
13. Həkim-nefroloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Şəki RMX;
14. Həkim-neonatoloq – Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
15. Həkim-nevroloq – Gəncə ŞBX, Göyçay RMX, Quba RMX, Şəki RMX;
16. Həkim-neyrocərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Göyçay RMX, Quba RMX;
17. Həkim-oftalmoloq – Şəmkir RMX, Gəncə ŞBX, Şamaxı RMX, Göyçay RMX, Quba RMX;
18. Həkim-onkoloq – Göyçay RMX, Lənkəran RMX;
19. Həkim-otorinolarinqoloq – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
20. Həkim-pediatr – Şamaxı RMX, Lənkəran RMX, Şəki RMX;
21. Həkim-psixiatr – Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
22. Həkim-qastroenteroloq – Cəlilabad RMX;
23. Həkim-radioloq – Şamaxı RMX, Göyçay RMX, Cəlilabad RMX, Quba RMX;
24. Həkim-rentgenoloq – Göyçay RMX;
25. Həkim-revmatoloq – Lənkəran RMX, Şəki RMX;
26. Həkim-terapevt – Şamaxı RMX, Göyçay RMX;
27. Həkim-travmatoloq-ortoped – Mingəçevir ŞMX, Gəncə ŞBX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX;
28. Həkim-ümumi cərrah – Gəncə ŞBX, Şirvan ŞMX, Şamaxı RMX, Cəlilabad RMX, Şəki RMX;
29. Həkim-ürək-damar cərrahı – Göyçay RMX;
30. Həkim-uroloq – Şəmkir RMX, Göyçay RMX, Cəlilabad RMX, Lənkəran RMX, Quba RMX;
31. Həkim-uşaq cərrahı – Göyçay RMX, Quba RMX, Şəki RMX;
32. Həkim-üz-çənə cərrahı – Göyçay RMX;
33. Şüa diaqnostikası üzrə həkim – Şirvan ŞMX, Cəlilabad RMX, Şəki RMX;
34. Təcili yardım həkimi – Şamaxı RMX, Cəlilabad RMX.
Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
- şəxsiyyətini təsdiq edən sənəd;
- əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
- xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
- əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
- elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
- xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
- seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Qeyd edək ki, sənəd qəbulu 31 avqust 2022-ci il günün sonunadək davam edəcək.