Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0 faiz artaraq 2 495,9 milyon manat olub.
Bakı Statistika İdarəsindən "Unikal"a verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 404,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.