Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat təşkil edib.
"Unikal" xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 milyard 226 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.