Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 mln. manat güzəştli kredit verilib.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə Fonddan 190 min manat kredit əldə edib.