Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 61234 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3-dən 12,3-ə qədər artıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, doğulanlar arasında oğlanların xüsusi çəkisi 52,7 faiz, qızların xüsusi çəkisi isə 47,3 faiz təşkil edib. Körpələr arasında əkiz doğulanların sayı 1726, üçəm doğulanların sayı isə 87 olub.