Bu gün "Qafqazinfo.az" xəbər portalının yaranmasından 12 il ötür.

Belə ki, "Qafqazinfo" 2010-cu ildə aktiv media resurslarının siyahısına qatılıb. Sayt Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırır. 

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

"Unikal" "Qafqazinfo"da çalışan əməkdaşları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayır!