"Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo media ilə bağlı yalanları üzə çıxaracaq.
"Unikal" xəbər verir ki, portuqaliyalı ulduz bu barədə instaqram hesabında şərh yazıb. O, bir neçə həftəyə bütün həqiqətləri söyləyəcəyi müsahibənin olacağını bildirib:
"Bir neçə həftə içində həqiqəti biləcəklər. Media yalan söyləyir. Qeyd kitabçamda yazdığım 100 xəbərdən 5-i düz idi. Bunun necə olduğunu təsəvvür edin".
Qeyd edək ki, 37 yaşlı forvardın "Mançester Yunayted"dən ayrılmaq istədiyi bildirilir.