Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4334 tank və zirehli texnika məhv edilib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Ukrayna ordusunun “ciddi” itkilər verdiyini iddia edib.

Xerson bölgəsində 40 Ukrayna əsgəri və 10 xüsusi maşının məhv edildiyini bildirən Konaşenkov 95-ci Hava Hücum Briqadasına aid sursat anbarına yüksək dəqiqlikli silahla edilən hücumda 3000-dən çox topun məhv edildiyini, 30 əsgərin öldürüldüyünü iddia edib.