Lukoil-dən cavab gəldi: “Saakaşvili Vahid Ələkbərova böhtan atır”

“Lukoil”un prezidentini dövlət çevrilişində ittiham etmək iftiradır”. Bu sözləri Modern.az saytına “Lukoil” şirkətinin Bakı ofisinin rəsmi nümayəndəsi Eldar Əliyev bildirib.

O, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “AzərRos”un sabiq prezidenti Söyün Sadıqovun “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla birgə Azərbaycanda Gürcüstansayağı dövlət çevrilişi həyata keçirmək istəyində olmaları haqda bəyanatını cəfəngiyat adlandırıb.

M. Saakaşvilinin bu ittihamlarına cavab olaraq “Lukoil”un Bakı ofisinin rəhbəri bildirib ki, səsləndirilən ittihamlar iftiradır. E.Əliyevin sözlərinə görə, belə fikirləri səsləndirmək axmaqlıqdır:

“Gürcüstanda nə baş veribsə, onların öz işidir. Amma “Lukoil”un prezidentini belə bir şeydə ittiham etmək böhtandan başqa bir şey deyil”.