“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 avqust saat 11:00-da başlayacaq.
"Unikal" xəbər verir ki, Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cari ilin 7 ayı ərzində daxil olan müraciətlər və onların həlli istiqamətində görülən işlərin hesabatını təqdim edəcək. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.