Qazaxda 18 Avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103 illiyi qeyd olunub. 

"Unikal" xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Azərbaycan Sərhəd Mühafizəsinin şanlı tarixini özündə əks etdirən sənədli filmə baxılıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Qoşunlarında xidmət edən bir qrup hərbi qulluqçunu peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib.