Soçidə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. 

"Unikal" xəbər  verir ki,  bu barədə TASS məlumat yayıb. 

***15:58

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçiyə gedib. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. 

"Prezident Qasım-Jomart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”, - deyə mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, Rusiya və Qazaxıstan prezidentləri Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər həmçinin inteqrasiya birliklərində, o cümlədən Qazaxıstanın bu il sədrlik edəcəyi MDB məkanında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Gülayə Mecid