Stansiyanın istehsal etdiyi enerji Ukraynaya məxsus olduğu üçün Rusiyanın Zaporijjya AES-ni Ukraynanın enerji sistemindən ayırmağa haqqı yoxdur.
"Unikal" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.
"Aydındır ki, Zaporojjya AES-dən alınan elektrik enerjisi Ukraynaya məxsusdur. Bu prinsipə tam riayət edilməlidir", - Quterreş bildirib.