Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
"Unikal" xəbər verir ki, Qazaxıstan prezidenti Putinlə görüşdə onu MDB sammitinə dəvət edib.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan MDB-yə sədrlik edəcək, oktyabrda MDB-nin sammiti baş tutacaq.
Tokayev deyib ki, “xüsusilə Rusiya MDB-də mühüm rol oynadığından” o, Putinin şəxsi iştirakına ümid edir.