İranda ötən sutka ərzində 1 835 nəfər koronavirusa (COVID-19) yoluxub, 44 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 143 332 nəfərə çatıb, yoluxanların sayı isə 7,5 milyondan çoxdur. Virus daşıyıcılarından 1 361 nəfərin vəziyyəti ağır qiymətləndirilir.