Bu il İsveçdə küçələrdə baş verən silahlı hücumlarda 45 nəfər öldürülüb.
"Unikal" Anadolu Agentliyinə istinadən xəbər verir ki, polisin açıqladığı hesabata görə, bu ilin 8 ayında İsveçdə 251 silahlı hücum həyata keçirilib və bu hadisələr nəticəsində 45 nəfər ölüb, 67 nəfər yaralanıb.
2019-cu ildə 360 nəfər silahlı hücuma məruz qalıb, 45 nəfər ölüb, 126 nəfər yaralanıb. 2020-ci ildə 379 nəfər silahlı hücuma məruz qalıb, 126 nəfər yaralanıb, 47 nəfər həyatını itirib.
2021-ci ildə 344 silahlı hücum nəticəsində 45 nəfər ölüb, 115 nəfər yaralanıb.