"Apple"ın qurucusu Stiv Cobsun istifadə etdiyi "Apple-1" prototip kompüter hərracda 677 min dollara satılıb.
"Unikal" xəbər verir ki, ilk "Apple" kompüter prototipi olan "Apple-1" 1976-cı ildə şirkətin qurucusu Stiv Cobs və onun ortağı Stiv Voznyak tərəfindən hazırlanıb.
Bildirilir ki, kompüterdə ana plata işləmir, enerji blokunda çat var. Çatışmayan hissələrinə, üzərindəki xırda cızıqlara və qabarlara baxmayaraq, kollektorlar üçün olduqca dəyərlidir.