Pakistanda son 48 saatda ölkə daxilində davam edən musson yağışları nəticəsində 32 nəfər həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə daxilində təsirli olan musson yağışları həyata mənfi təsir edib.
Sind əyalətində elektrik cərəyanı vurması, damın uçması və boğulma nəticəsində 20 nəfər ölüb. Ştat üzrə 107 mindən çox iribuynuzlu heyvan tələf olub.
Sind və Bəlucistan əyalətini birləşdirən Ketta-Karaçi avtomobil yolunda daşqın səbəbindən nəqliyyatın hərəkəti 5 gün müddətinə dayandırılıb.
Ştatın Larkana, Hairpur, Şikarpur, Sukkur və Hyderabad rayonları daşqından çox zərər çəkib. Bu bölgələrdə küçələr su altında qalarkən, insanların öz imkanları ilə düzəltdikləri qayıqlarla suyun üzərində hərəkət etməyə çalışdıqları görülüb.
Xayber Paxtunxva əyalətinin Çitral bölgəsində 12 nəfər daşqın nəticəsində həyatını itirib.
Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NDMA) məlumatlarına görə, 14 iyundan bəri ölkə boyu yağan güclü yağışlar nəticəsində 674 nəfər ölüb, 1128 nəfər yaralanıb.
Cənubi Asiyada iyun-sentyabr dövründə təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.