BMT-nin Baş katibi Antonio Quterreş Türkiyəyə taxıl koridorunda oynadığı mühüm rola görə təşəkkür edib.
"Unikal" xəbər verir ki, bunu Quterreş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə birgə mətbuat konfransındakı çıxışında deyib.
"Taxıl sazişi çərçivəsində paket anlaşmasının digər hissəsi də sanksiyalardan kənar Rusiya ərzaq və gübrələrinin qlobal bazarlara maneəsiz çıxışıdır", - Baş katib bildirib.