Ukrayna Xarici İşlər Nazirliyi Avstriyanı ukraynalıların məhv edilməsini təklif edən Rusiya səfiri Mixailo Ulyanovu persona non-qrata elan etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “Twitter” səhifəsində yazıb.
"Rusiya səfiri Mixaylo Ulyanov Ukrayna millətini məhv etməyə çağırır. Bu soyqırım bəyanatına dözmək olmaz. Biz Vyanadakı diplomatik ictimaiyyəti Ulyanovu boykot etməyə, Avstriyanı isə onu persona non-qrata elan etməyə çağırırıq", - Nikolenko yazıb.
Xatırladaq ki, Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixailo Ulyanov “Twitter” səhifəsində ABŞ-ın Ukraynaya növbəti yardımını şərh edərkən yazıb ki, irqçi işğalçılar Ukrayna əhalisinə heç bir mərhəmət göstərə bilməzlər.
Daha sonra o, qalmaqallı tvitini silib və sözlərinin başa düşülmədiyini və bu şəkildə şərh olunmadığını, yalnız ABŞ və Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı danışdığını bildirib.
Gülayə Mecid