İngiltərənin Kornuoll şəhərində yaşayan Stephen Syms 90 yaşlı anası üçün çağırılan təcili yardımın 40 saat sonra gəldiyini söyləyib.
"Unikal" xəbər verir ki, 40 saat təcili yardım gözləmək məcburiyyətində qaldıqlarını ifadə edən Sims, “90 yaşlı anamın vəziyyətinin nə olduğunu bilmədən sıxıntı içində oturmaq bizi çox kədərləndirdi. Sistem tamamilə pozulub, ona yenidən baxmaq lazımdır”, - deyə o bildirib.
Syms, anasının daha sonra təcili yardımla "Royal Cornwall" Xəstəxanasına aparıldığını, bir müddət orada qaldıqdan sonra omba sınığı diaqnozu qoyulduğunu və əməliyyata ehtiyacı olduğunu bildirib.