Hökumətlər və özəl sektorlar razılaşma əsasında Rusiya ərzaq və gübrə, eləcə də Ukrayna taxılını dünya bazarlarına çıxarmaq üçün birlikdə çalışmalıdırlar.
"Unikal" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İstanbulda keçirdiyi mətbuat konfransında deyib.
"Bu paket sazişinin digər hissəsi sanksiyalara məruz qalmayan Rusiya ərzaq və gübrələri üçün dünya bazarlarına maneəsiz çıxışdır. Bütün hökumətlərin və özəl sektorun onları bazara çıxarmaq üçün birgə işləməsi vacibdir,- deyə o, ifadə edib.
"Ukrayna və Rusiyadan daha çox ərzaq və gübrə əldə etmək əmtəə bazarlarını daha da sakitləşdirmək və istehlakçılar üçün qiymətləri aşağı salmaq üçün çox vacibdir", - o əlavə edib.