Oleksey Arestoviç Ukrayna Prezident Aparatının rəhbərliyinin nə tam ştatlı, nə də ştatdankənar məsləhətçiləri siyahısında yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Tıjden” nəşri Ukrayna dövlət başçısının ofisinin rəsmi sənədinə istinadən məlumat yayıb.
Lakin çox keçməyib ki, Prezident Aparatının rəhbərinin müşavir Mixail Podolyak Arestoviç barəsində yayılan iddialara cavab verib. O, bildirib ki, Oleksey Arestoviç hazırda Prezident Aparatının müşaviri vəzifəsində çalışır.