Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı 20-yə yüksəlib. Yaralı polis əməkdaşı dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardinin Derik rayonunda zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.

Yaralılardan 26-sının müalicəsi davam edir.

00:45

Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı yenidən artıb.

"Unikal" xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bildirilib ki, qəzada ölənlərin sayı 19-a çatıb.

***22:38

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

***20:44

Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

Hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var. Əraziyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.