Bütün rusların Aİ ölkələrinə girişinin qadağan edilməsi ideyası “nasist siyasətinin təzahürüdür”.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Patriot parkında keçirilən qondarma “Birinci Beynəlxalq Antifaşist Konqres”in iclasında deyib.
"Bu gün biz nasist siyasətinin daha bir parlaq təzahürünün şahidi oluruq, o zaman rusofob ideyası yüksək Avropa tribunalarından fəal şəkildə təbliğ olunur, bütün Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişinə qadağa qoyulur”, - Şoyqu bildirib.
Bununla yanaşı, Şoyqu Ukraynanı rus işğalçılarına qarşı mübarizədə fəal şəkildə dəstəkləyən Baltikyanı ölkələrin adlarını sadalayıb. Onun sözlərinə görə, Litva, Latviya və Estoniya guya “dünya nizamının fundamental prinsiplərinə, Nürnberq Tribunalının hüquqi və siyasi qiymətlərinə” getdikcə daha çox məhəl qoymurlar.
"Estoniya və Latviyada SS legionerlərinin yürüşləri ənənəvi hal alıb, hərbi cinayətkarların şərəfinə abidələr və obelisklər ucaldılır. Litvanın şəhərlərinin küçələrində faşist şüarları və çağırışları açıq şəkildə eşidilir".
Gülayə Mecid