Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ötən gün ərzində səkkiz nəfərlik ailə də daxil olmaqla ən azı 22 nəfər ölüb, daha 5 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bunu Sudeş ştatının təbii fəlakətlərlə mübarizə departamentinin direktoru Sudeş Kumar Moxta deyib.
Onun sözlərinə görə, ən çox zərər Mandi, Kangra və Çamba rayonlarında qeydə alınıb.
Torpaq sürüşmələri ştatın bir çox yollarında, o cümlədən Manalidən Çandiqarxa gedən böyük magistralda nəqliyyatın hərəkətini iflic edib.