İndoneziyada meymunçiçəyi virusu qeydə alınıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Syahril, xarici səfərdən qayıdan paytaxt Cakartada yaşayan 27 yaşlı kişidə meymunçiçəyi xəstəliyinin aşkarlandığını təsdiqləyib.
Syahril, sözügedən şəxsin avqustun 16-da xəstəliyin əlamətlərini hiss etdiyini və iki gün sonra müayinə olunmaq üçün xəstəxanaya getdiyini söyləyib.
Hazırda həmin şəxs karantindədir və onun müalicəsi davam etdirilir.