Ukraynalı həkim Yevgeni Komarovski Rusiya prezidenti Vladimir Putinin post-koronavirus ensefalopatiyasının olduğunu irəli sürüb.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-lərdən birinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Putinin vəziyyəti çox pisdir, amma onu qəbrə aparacaq xəstəlik yoxdur.
"Və onun psixi funksiyalarını ciddi şəkildə pozan xəstəliyi var. Güman edirəm ki, onun post-koronavirus ensefalopatiyası var", - Komarovski əlavə edib.
Qeyd edək ki, ensefalopatiya beyin hüceyrələrinin zədələnməsi və tam ölümü ilə xarakterizə olunan xəstəlikdir.
Daha əvvəl Avropa mediası Putinin sürətlə irəliləyən xərçəng səbəbiylə cəmi üç il ömrü qaldığını iddia edib.
Gülayə Mecid