Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni Start) müddəti üç il yarımdan sonra bitir.
"Unikal" xarici KİV-ə xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat paylaşıb.
"Keçmiş Rusiya-Amerika danışıqlarının təcrübəsi göstərir ki, hər iki tərəf hazır olsa belə, sazişin hazırlanmasına çox az vaxt qalıb", - açıqlamada deyilir.
Səfirlik silahlara nəzarət sahəsində qarşılıqlı narahatlıq və maraqları nəzərə alaraq, bərabər əsasda əməkdaşlığın vacibliyi bildirilib.