Türkiyənin Milli Müdafiə Nazirliyi taxıl daşınması çərçivəsində daha 4 gəminin Ukraynadan yola düşdüyünü açıqlayıb.

"Unikal" xəbər verir ki, nazirlikdən verilən açıqlamada gəmilərdən ikisinin Çernomorsk limanından, digərlərinin isə Odessa və Yuznidən yola düşdüyü bildirilib.

Açıqlamada Ukraynadan bir gəmi və Ukraynaya gedəcək 5 gəminin yoxlanılacağı da qeyd olunub.