Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında polkovnik Pənahov Əli Həsən oğlu da var. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

"Unikal"ın məlumatına görə, Əli Pənahov Ulu Öndər Heydər Əliyevin mühafizəçisi olmuş Mübariz Pənahovun qardaşıdır.

Qeyd edək ki, Mübariz Pənahov həmçinin Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin rəisi də işləyib.

Gülayə Mecid