2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,69 faiz artaraq 10,817 milyard manat təşkil edib.
"Unikal" bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Ölkə üzrə bank əmanətlərinin 89,1 faizi (9,638 milyard manat) Bakı şəhərinin, 10,9 faizi (1,178 milyard manat) regionların payına düşüb. Eyni zamanda, əmanələtin 60,11 faizi (6,502 milyard manat) milli valyutada, 39,88 faizi (4,314 milyard manat) xarici valyutada olub.
İyulun 31-nə olan vəziyyətə görə, əmanətlərin orta illik dərəcəsi ölkə üzrə 3,29 faiz, Bakı şəhərində 3,14 faiz təşkil ed