"Bu əməkdaşlığın yekunlarına və ya nəticələrinə gəldikdə, mən əsla şübhə etmirəm ki, onlar müsbət olacaq. 1990-cı illərdə dövlətlərimiz arasında problemlər var idi".
"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı deyib.
"Mən o dövrü xatırlayıram və əlbəttə, Sizin də yadınızdadır, bugünkü mövqedən həmin problemlər çox cüzi, çox kiçik idi, amma onlar var idi. Yadımdadır, biz 8 milyon dollar məbləğində borc problemini müzakirə edirdik. Belə bir problem var idi. Bu gün biz heç də təsadüfən demirik ki, əməkdaşlığımız strateji xarakter daşıyır. Ona görə ki, bunlar, sadəcə, gurultulu sözlər deyil, əməkdaşlıq özü onun həcmi baxımından məhz belə xarakter daşıyır".