Baş nazir Əli Əsədov avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
Nazirlər Kabinetindən "Unikal"-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Belarus arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.