Baş nazir Əli Əsədov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 26-da Çolpon-Ata şəhərində Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Hökumət başçıları ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələləri müzakirə ediblər.