Çilili rəssam Pablo Mairenin əsəri sənət aləmində qalmaqal yaradıb.
"Unikal" xəbər verir ki, söhbət Meksika qalereyasında nümayiş etdirilən heykəldən gedir. Belə ki, Papa Fransisk körpə uşağı ilk əvvəl göyə daha sonra isə yerə atıb gülür.
Pablo Mairenin “Chao tradição” (“Əlvida, ənənələr”) triptixi katolik kilsəsinin “sərt və anaxronistik modeli”nin tənqididir. Çilili sənətçi bununla da kilsənin korrupsiyasından, həmçinin kilsə nümayəndələri arasında pedofiliya hallarından narazılığını bildirir. O, narazılığın “inancla yox, qurumla” bağlı olduğunu vurğulayır.
Heykəl avqustun 22-dən sentyabrın 19-dək Mexikodakı Aquafuerte qalereyasında nümayiş etdiriləcək "Acid Chemicals" kolleksiyasının bir hissəsidir.