Filippinin paytaxtı Manilanın cənubunda 82 sərnişin və ekipajı daşıyan qayıq yanıb.
"Unikal" xarici KİV-ə istinadə xəbər verir ki, sahil təhlükəsizlik rəsmiləri tərəfindən verilən açıqlamada, Mindoro adası yaxınlığından keçən "M/V Asia Philippines" adalararası yük gəmisində yanğının baş verdiyi bildirilib.
Axtarış-xilasetmə qrupları, içərisində 82 sərnişin və ekipajın olduğu qayıqdan ən azı 73 nəfərin xilas edilib.
Qayıqda 34 ekipaj üzvü və 48 sərnişinin olduğu bildirilir.