Belçika Ukrayna Silahlı Qüvvələrinin qeyri-hərbi ehtiyacları üçün 8 milyon avro ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə Belçika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, belə bir qərar Xarici İşlər naziri Aji Lahbibin tələbi ilə Federal Nazirlər Şurası tərəfindən qəbul edilib.
Vəsait NATO vasitəsilə Ukrayna ordusuna dəstək üçün veriləcək.
Ağarza Elçinoğlu