Şahin Məmmədov Ağcabədidə üsyan hazırlayır
12:41 02-03-2013
CƏMİYYƏT
Pulları alınan yerli məmurlar prezidentdən kömək diləyirlər
Prezident İlham Əliyevin son bəyanatı cəmiyyətdə kifayət qədər rəğbətlə qarşılandı və bu bəyanatın reallaşması üçün prezident bir sıra addımlar da atdı.
Qeyd edək ki, prezident çıxışında məmurları, icra başçılarını sərt tənqid etdi və onları vətəndaşları incitməkdə suçladı. Daha sonra isə iki rayon icra hakimiyyəti başçısı postu ilə vidalaşmalı oldu. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə idarəsi də aktivləşdi və bir neçə məmur vətəndaşları incidərək, onlardan rüşvət almaq istəyərkən həbs edildi. Müşahidəçilər bildirir ki, bu proses davamlı olacaq və daha effektli addımların da şahidi olacağıq.
Həmçinin, məlum oldu ki, bəzi rayonların icra başçıları incitdikləri sahibkarların porblemlərini həll etməyə, rayon sakinləri ilə sistemli görüşlər təşkil etməyə başladılar. Bununla da aydın oldu ki, idarəetmədə həm yeni hərəkətlənmə yaranır, həm də ciddi kadr islahatları davam etdiriləcək.
Amma deyəsən, bəzi rayon icra hakimiyyəti başçıları hələ də qəflət yuxusundan oyana bilmirlər. Yenə də sakinlər incidilir, qanunsuzluqlar isə davam etdirilir. Çünki bu şəxslərin bəziləri yenə də yuxarıda olan dayaqlarına ümid edərək, belə hərəkətlərə yol verir, bəziləri isə ümumiyyətlə idarəetmə qabiliyyətinə malik deyillər.
Elə rayon icra hakimiyyəti başçıları var ki, hətta rayondakı məsul şəxsləri işə belə cəlb edə bilmirlər. Amma haqqında söhbət açacağımız bu rayon icra başçısı rayondakı məsul şəxslərə istədiyini etdirə bilir. Onun istədiyi isə tamam başqa bir şeydir və gəlin buna aydınlıq gətirək.
Xatırladaq ki, qəzetimizin ötən saylarında Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun bu rayonda törətdiyi qanunsuzluqlar və özbaşınalıqlar barədə rayonun Peşə Məktəbinin keçmiş direktoru Yunis Həsənovun açıqladığı faktlar barədə yazmışdıq. Bundan sonra hüquqları pozulmuş rayon sakini Feruz Rəfiyev redaksiyamıza gələrək, icra başçısı Şahin Məmmədovun iş üslubu barədə daha şok faktlar açıqladı.
Qeyd edək ki, Ağcabədi rayonu Aşağı Avşar kənd sakini Rəfiyev Fehruz Əliqulu oğlu 1993-cü ildə Gəncə Dğövlət Pedaqoji İnstitutunu bitirib, Yeni Azərbaycan Partiyasının üzvüdür. On ildən çox dövlət qulluğunda çalışıb. 1999-cu ildən rayonun Xocavənd kəndində icra nümayəndəsi vəzifəsində işləyib.
Onun “Unikal”a bildirdiyinə görə, 2009-cu il noyabrın 25-də rayonun icra başçısı Şahin Məmmədov icra aparatının şöbə müdiri Qurban Babayevin yalan təqdimatı əsasında heç bir xəbərdarlıq etmədən Rəfiyevə töhmət elan etdirib və dekabr ayının 10-da bildirmədən onun vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. Yalnız dekabrın 14-də Rəfiyevə işdən azad edilməsi barədə məlumat verilib.
Maralıqıdr ki, rayon İcra Hakimiyətinin ümumi şöbəsinin müdiri Mərdəli Quliyev təhvil-təslim aktı yazmaq üçün kəndə gəlir və aktı əvvəlki tarixə, yəni dekabrın 10-a tərtib etmək istəyir. Rəfiyevin təkidindən sonra Quliyev aktı dekabrın 14-ə yazır.
Rəfiyev işdən çıxardılmasının səbəbini öyrənmək üçün rayonun başçısı Şahin Məmmədovla görüşmək istəsə də, başçı onu qəbul etmir və eyni zamanda rayonun bütün idarələrinə göstəriş verir ki, Rəfiyev heç harada işə götürülməsin. O, hal-hazırda da işsizdir və dəfələrlə müraciət etməsinə baxmayaraq, əmək kitabçasını da ona vermirlər.
Rəfiyev bildirir ki, onun yerinə vəzifəyə təyin edilmiş Hüseynov Rasim Yolçu oğlu Xocavənd rayonundan qaçqındır və Aşağı Avşar kəndinin sakini deyil.
Fehruz Rəfiyev bundan sonra Prezident Aparatına, Milli Məclisə, Ali Məhkəməyə 300-dən çox şikayət ərizəsi göndərsə də, onun bütün şikayətləri cavabsız qalıb.
Rəfiyev hüququnu müdafiə etmək üçün 2010-cu ilin yanvarında Ağcabədi Rayon Məhkəməsinə müraciət edir, lakin məhkəmə işə baxdıqdan sonra onun iddiasını təmin etmir və rayonun icra başçısının xeyrinə qərar çıxardır. Məhkəmənin hakimi Fərhadov Xanlar şəxsi söhbət zamanı iddiaçıya bildirib ki, “Haqq sənin tərəfindədir, amma icra başçısından qorxuram, başqa cür qərar qəbul edə bilməyəcəyəm”.
Rayon məhkəməsinin qərarı ilə razılaşmayan Rəfiyev həmin ilin yayında Şirvan Apellyasiya Məhkəməsinə şikayət edir, lakin bu instansiya da rayonun icra başçısının xeyrinə qərar qəbul edir.
Rəfiyevin sözlərinə görə, icra başçısı Şahin Məmmədovun bacanağı və qızının qaynatası hakim işlədiyi üçün bu proseslərdə başçıya kömək edir.
Şiravandan əliboş dönən Rəfiyev Ali Məhkəməyə şikayət etməli olur. 2011-ci ilin yanvarında Ali Məhkəmədə hakim Əsədovun apardığı prosesdə işin Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilir.
Şirvan Apellyasiya məhkəməsi işə.yenidən baxaraq, Rəfiyevin işsiz qaldığı müddətin əməkhaqqısının ödənilməsi və vəzifəsinə qaytarılması barədə qərardad çıxardır.
Bundan sonra rayonun icra başçısı Şahin Məmmədov Ali Məhkəməyə öz imzası ilə şikayət edir və Ali Məhkəmənin hakimi Rəşadət Ağayevin sədrliyi ilə işə yenidən baxılır. Bu dəfə isə icra başçısının iddiası təmin edilir, yəni Şirvan Apellyasiya Məhkəməsinin qərarı qüvvədən düşür.
Rəfiyev deyir: “Mən Ali Məhkəmənin qəbul etdiyi qərardan narazılığımı bildirəndə işə baxan hakim Ağayev bildirdi ki, sənə etdiyim yaxşılığı sonra başa düşəcəksən. Mənə sənin barəndə başqa cür qərar qəbul etmək göstərişi verilmişdi”.
Rəfiyev yenidən Şirvan Apellyasiya Məhkəməsində iddia qaldırsa da, Şirvan məhkəməsi işi yenidən Ali Məhkəməyə göndərir. Ali Məhkəmənin hakimi İslam Əliyev Rəfiyevin və onun vəkilinin iştirakı olmadan işə baxaraq, Ağcabədi rayon icara başçısının xeyrinə qərar qəbul edir. Rəfiyev bu qərardan Ali Məhkəmənin plenumuna və Məhkəmə Hüquq Şurasına, Prezident Aparatına şikayətlər edir, amma bunların da cavabı gəlmir.
Qəribədir ki, Rəfiyevin yuxarı instansiyalara etdiyi şikayətlərin hamısı Ağcabədi Rayon İcra hakimiyyətinə baxılmaq üçün göndərilir və burada onun bütün ərizələri bağlanır.
Rəfiyev hazırda Avropa qurumlarına müraciət etməyə məcbur olduğunu və haqqı Avropa Məhkəməsində axtarmalı olacağını bildirir.
Rəfiyevin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının və hər bir ölkə vətəndaşının hüquqlarının qaranrtıdır. O, inanır ki, hüquqları Prezident İlham Əliyevin müdaxiləsi sayəsində bərba olunacaq”.
Sonda bunu da qeyd edək ki, ölkədə kadr islahatlarına yeni start verilib və hesab edilir ki, prezident seçkilərinə qədər bu islahatlar davam etdiriləcək və gərəksiz kadrlar postlarından kənarlaşdırılacaqdır. Həmçinin yerli icra strukturlarının qanunsuzluqlarından zamanında xəbər tutmaq üçün idarəetmə sistemində də bəzi islahatlara start verilib. Yəqin ki, yaxın zamanlarda Ağcəbədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun qanunsuz əməlləri də yuxarı dairələrin diqqətini cəlb edəcək və kadr islahatlarının zərbəsindən yayına bilməyəcək. Çünki qarşıdan prezident seçkiləri gəlir və Şahin Məmmədovun əməlləri nəticəsində rayon əhalisi demək olar ki, mövcud hakimiyyətdən narazı durumdadır. Bu narazılıq isə o həddədir ki, bəzən Ağcəbədi rayonuna hakimiyyət üçün itirilmiş rayon kimi də baxmaq zorunda qalırıq.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50