Avqustun 24-də ölkəmizə rəsmi səfərə gələn Qazaxıstan prezidenti Kasım-Jormat Tokayevlə Azərbaycan prezidenti İlham Əliyevin dialoqu dünya gündəmində yer alıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarını qarşılayıb, onunla geniş tərkibdə görüş keçirib.
Görüş zamanı dövlət başçılarının rus dilindən imtina edərək öz dillərində danışması dünya mətbuatına yansıyıb. Belə ki, prezidentlər görüş zamanı Azərbaycan və qazax dillərində danışıblar.