Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri başlayıb.
"Unikal" xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.
Əlavə edək ki, səfərin ilk günü, avqustun 26-da işğaldan azad olunmuş ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar gəlib, bugün isə rezident əsasda olan diplomatların səfəri başlayır.
Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.