Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə "Unikal"a Nazirlər Kabinetindən bildirilib.
Məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir, faciə nəticəsində yaralananlara şəfa dilənir.