SOCAR prezidenti Rövşən Nəcəf BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
""Mərkəzi Azəri" platformasına səfər edərək burada görülən işlər və cari vəziyyətlə yaxından tanış olduq, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Cons ilə görüş keçirdik", - deyə Rövşən Nəcəf bildirib.