Türkiyənin Kastamonu bölgəsində bir evdə başlayan yanğın ətrafa yayılıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, digər evlərə keçən yanğın 10 evi külə döndərib. 

Təxminən 2 saat davam edən yanğın aidiyyatı orqanların müdaxiləsi ilə nəzarətə götürülüb.

Ağarza Elçinoğlu