Serbiyanın və özünü elan etmiş Kosovo Respublikasının nümayəndələri sərhəddən keçidlə bağlı razılığa gəlib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
Aİ-nin Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Brüsselin yardımı ilə keçirilən dialoq çərçivəsində tərəflər giriş sənədlərini razılaşdıra biliblər: "Serbiya Kosovo şəxsiyyət vəsiqəsi sahibləri üçün giriş və çıxış sənədlərini ləğv etməyə, Kosovo isə Serb şəxsiyyət vəsiqəsi sahibləri üçün təqdim etməməyə razılaşıb".
Ağarza Elçinoğlu