Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Qarabağ"ın "Şamaxı"nı qəbul etdiyi oyun meydan sahiblərinin 4 cavabsız qolu ilə yekunlaşıb.
Oyunda qolları Kvabena Ovusu, Leandro Andrade və Ramil Şeydayev vurub.
Bununla da "Qarabağ" xallarının sayını 9-a çatdırıb. Ağdam təmsilçisi hələlik "Qəbələ", "Sabah" və "Neftçi" ilə eyni xala malikdir. Bir xalı olan "Şamaxı" isə 9-cu sırada qalıb.