Rumıniyada içində ölkələrinə qayıdan ukraynalı qaçqınların olduğu avtobus aşıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, içərisində əksəriyyəti qadın və uşaqlar olan 43 nəfərdən 23 nəfər, o cümlədən azyaşlı və yeniyetmə olan 4 uşaq xəstəxanaya yerləşdirilib.

Qalan ukraynalılar yardım göstərildikdən sonra Qaçqınların Qəbulu Mərkəzinə aparılıb. 

Qeyd olunur ki, qəzaya səbəb sürücünün səhvi olub. Rumıniya kommunasının girişində o, idarəetməni itirib, bu səbəbdən avtobus dərəyə uçub.

Ağarza Elçinoğlu