Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari ölkəsində daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edib.
"Unikal" xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.
"Təşəkkür Azərbaycan", - xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazaraq, ölkəmizin Pakistandakı səfirliyinin Azərbaycanın İslam Respublikasına ayırdığı yardımla bağlı paylaşımına istinad edib.
Thank you 🇦🇿 https://t.co/RWmVOX3yMH
— BilawalBhuttoZardari (@BBhuttoZardari) August 27, 2022