Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Twitter”hesabında Mərakeş Krallığı ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid ifadə olunub.
“Bu gün Azərbaycan və Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə Mərakeş Krallığının hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Azərbaycan-Mərakeş əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid bəsləyirik”, - XİN-in paylaşımında vurğulanıb.
Today marks the 3⃣0⃣th Anniversary of establishment of diplomatic relations between #Azerbaijan & #Morocco. We send our best wishes to the Government & People of the Kingdom of Morocco on this occasion. Looking forward to further development of 🇦🇿🇲🇦cooperation.@Marocdiplo_EN pic.twitter.com/hRwGRMvbRK
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 28, 2022