Afrikanın İnkişafı üzrə Səkkizinci Tokio Beynəlxalq Konfransının (TICAD) iştirakçıları Yaponiya və Afrika şirkətləri arasında əməkdaşlığı, o cümlədən texnologiyanın cənub qitəsi ölkələrinə transferini təsdiqləyiblər .
"Unikal" xəbər verir ki, bu barədə Fransanın Mosaique FM radiostansiyası məlumat yayıb.
Yekun bəyannamədə tərəflər sərmayə qoyuluşu, özəl sektorda innovasiyaların təşviqi və texnologiya transferi üçün Yapon və Afrika şirkətləri arasında tərəfdaşlığın vacibliyini bir daha təsdiqləyiblər. İştirakçılar Afrikada davamlı inkişaf üçün sənaye və insan resurslarının inkişafı prosesini təsdiq ediblər. Söhbət ərzaq və enerji qiymətlərinin kəskin bahalaşmasının qarşısını almaq üçün işləməkdən gedir.
Qeyd edək ki, TİCAD avqustun 28-də Tunis Respublikasında başa çatıb. Konfransda Afrika ölkələrinin 20-dən çox dövlət və hökumət başçısı, o cümlədən Seneqal prezidenti, Afrika İttifaqının hazırkı sədri Maki Sala iştirak edib. Tədbir iki gün davam edib.
Bir gün əvvəl Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin Afrika ölkələrinin inkişafı üçün qarşıdakı üç il ərzində 30 milyard dollar ayıracağını açıqlamışdı . Baş nazir vurğulayıb ki, Yaponiya Afrikanın inkişafına hərtərəfli yardım etməyi planlaşdırır.